Bakıda intihara cəhd hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 15 iyun tarixində xəbər verir.
Paytaxtın Binəqədi rayonunda 24 yaşlı Vuqar Qasımov özünə ülgüclə xəsarət yetirib.
Xəstəxanaya çatdırılan yaralıya sağ saidin çoxsaylı kəsilmiş yaraları diaqnozu qoyulub.
V.Qasımov əməliyyat olunub və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.