Bakıda oğurluq hadisəsi törədən şəxs tutulub. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən 16 fevral tarixində xəbər verir.
Payaxtın Binəqədi rayonu ərazisində müxtəlif vaxtlarda 4 evdən televizor, geyim əşyası, musiqi aləti, 1500 manat dəyərində məişət əşyaları və spirtli içki oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş A.Ağayev saxlanılıb.
Araşdırmalar davam edir.