Bakıda bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 7 may tarixində xəbər verir.
Paytaxtın Binəqədi rayonunun eyniadlı qəsəbəsində 30 yaşlı Telman Fərəcov şəxsi münasibətlər zəminində 43 yaşlı Cavid Talışovu qarnından bıçaqlayıb.
Nəticədə C.Talışov ağır xəsarətlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.