Bakının Binəqədi rayonunda 8 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 18 oktyabr tarixində xəbər verir.
8 yaşlı Mələk Qurbanova yolu keçmək istəyərkən onu avtomobil vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.