Bakının Binəqədi rayonunda qadının çantasını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Rayon ərazisində Ş.Həsənovanın, içərisində pul və mobil telefon olan çantası oğurlanıb. Bu barədə məlumat Binəqədi RPİ 5-ci Polis Bölməsinə daxil olub.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Kipçatov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.