Bakının Binəqədi rayonunda avtomobil oğurluğu törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini saxlanılıb. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə daxil olan məlumata əsasən, martın 6–na keçən gecə Biləcəri qəsəbə sakini V.Qasımova məxsus olan “TOFAŞ” markalı avtomobil qaçırılıb.
Keçirilən əməliyyat nəticəsində avtomobil Nərimanov rayonu ərazisində, avtoservislərdən birində tapılıb. Avtomobili oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini N.Bayramov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.