Şüşəni sındıraraq avtomobildən oğurluq edən şəxs tutulub. Bu haqda 17 mart tarixində APA məlumat verib.
Binəqədi rayonunda gecə saatlarında “Chevrolet” markalı avtomobilin şüşəsi qırılaraq salonundan pul oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Fərid Qasımov saxlanılıb.
Qasımov 3 ay müddətinə inzibati qaydada həbs edilib.