Bakıda ikimərtəbəli evdə yanğın hadisəsi baş verib. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 10 iyun tarixində xəbər verir.
Paytaxtın Binəqədi rayonunda hər mərtəbəsi 80 kv.m olmaqla ikimərtəbəli evin birinci mərtəbəsində divan-kreslo və döşəmə 2 kv.m sahədə qismən yanıb.
Nəticədə yüksək temperaturdan plastikdən ibarət qapı-pəncərə əriyib.
Hadisə yerinə FHN əməkdaşları cəlb edilib. Yanğın söndürülüb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.