Bakının Binəqədi rayonunda bu gün, 20 iyun gecə saatlarında ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda APA məlumat verib.
Cəfər Xəndan küçəsində yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 32 yaşlı Elvan Abbasovu avtomobil vurub. Piyada hadisə yerindəcə keçinib.
Avtomobili idarə edən sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.