Bakıda oğurluq edən şəxslər polis tərəfindən saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 16 mart tarixində xəbər verir.
Martın 1-də paytaxtın Binəqədi rayonunda kafelərin birindən 450 manat pul və 1860 manat dəyərində 2 ədəd televizor və samovar oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri - E.Səmədov və M.Mikayılov saxlanılıblar.
İstintaq tədbirləri davam edir.