Bakıda oğru yaxalanıb. Bu haqda 15 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonunda Bakı şəhər sakini X.Ramazanovanın mobil telefonu soyğunçuluq yolu ilə oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini R.Rüstəmov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.