Bakının Binəqədi rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Rayon polis idarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Orxan Məmmədli saxlanılıb.
O, S.Qasımovanın çantasından 100 manat, həyətyanı sahədən su nasosu, avtomobildən akkumulyator və digər avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinir.