Bakıda tapança satmaq istəyən şəxs saxlanılıb. Bu haqda 24 fevral tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Binəqədi rayonunda polis əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən paytaxt sakini, əvvəllər məhkum olunmuş Zeytun Məmmədov saxlanılıb.
Həmin şəxs “Naqan” markalı silahı 500 manata satmaq istəyən zaman yaxalanıb. Zeytun Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.