Martın 2-dən 3-nə keçən gecə Bakının Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda APA məlumat verib.
Biləcəri qəsəbəsi ərazisində “KamAZ” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza törədib. Avtomobilin qoşqusunda olan iri taxta parçaları yerə tökülüb. Nəticədə “Şamaxinka”dan Biləcəri qəsəbəsinə gedən yolda tıxac yaranıb.
Sürücülər alternativ yol kimi Bakı-Sumqayıt şosesindən istifadə etməyə məcbur olublar. Faktla bağlı araşdırma aparılır.