Bakının Binəqədi rayonu ərazisində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 15 aprel tarixində Fövqəladə Hallar nazirliyinin mətbuat xidməti məlumat verib.
Ümumi sahəsi 540 kv.m olan tikintisi yekunlaşmayan birmərtəbəli daş sexinin bir hissəsində rezin qəliblər və taxta konstruksiyalar yanıb.
Yanğın söndürülüb, sexin qalan ərazisi FHN əməkdaşları tərəfindən yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.