Binəqədi rayonunda oğurluqla məşğul olanlar saxlanılıb. Bu haqda 7 aprel tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Hündürmərtəbəli binaların liftlərinin ehtiyat hissələrini oğurlayan əvvəllər məhkum olunmuş paytaxt sakini Soltan Rzayev saxlanılıb. İstintaq zamanı məlum olub ki o, 20-dən artıq binadan oğurluq edib və əldə etdiklərini paytaxt ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə satıb.
Binəqədidə 2 avtomobildən akkumulyator, maqnitofon, 1 evdən televizor, 4 ədəd kanalizasiya quyusunun qapaqlarını və qəbiristanlıqda bir məzardan 4 ədəd güldan oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Dadaşov saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.