Bakının Binəqədi rayonu ərazisində aprelin 26-da əcnəbi vətəndaşdan soyğunçuluq yolu ilə 70 manat alan şəxs saxlanılıb. Bu haqda bu gün, 9 may Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Binəqədi RPİ 5-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bildirilir ki, bu Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş F.Hüseynovdur.
Faktla bağlı araşdırma aparılır.