Bakının Səbail rayonu, Dənizkənarı bulvarın yaxınlığında nəməlum şəxs özünü dənizə ataraq intihara cəhd edib. Bu haqda bu gün, 23 avqust tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Axtarış-xilasetmə əməliyyatının nəticələri daha sonra açıqlanacaq.