Gəncədə qətl törədən şəxs Bakıda tapılıb. Bu haqda 28 mart tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Gəncədə 23 mart tarixində gecə saatlarında marketlərdən birinin önündə 21 yaşlı E.Quliyev 31 yaşlı A.Əliyevi mübahisə zamanı bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis və prokurorluq əməkdaşları tərəfindən aparılan əməliyyat nəticəsində E.Quliyev paytaxtın Binəqədi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.