Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük yaşayış massivində küçələr təmir olunur. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Ümumi uzunluğu 1000, eni isə ortalama 6 m olan küçədə qazıntı işləri aparılıb. Hazırda əraziyə yeni asfalt örtüyü vurulur. Daha sonra müvafiq yol nişanlarının quraşdırılması nəzərdə tutulub.
Cari il ərzində Hövsan qəsəbəsi ərazisində ümumi uzunluğu 4,5 km olan küçələr əsaslı təmir olunacaq.
[caption id="attachment_59413" align="alignnone" width="800"]
Foto AAYDA-nın rəsmi Telegram kanalı[/caption]