Bakıda yol-nəqliyyat hadisəsində piyadalar xəsarət alıb. Bu haqda BakuPlus.az Report-a istinadən 2 fevral tarixində xəbər verir.
Paytaxtın Binəqədi rayonunda yolu keçən 50 yaşlı Sədaqət Süleymanova və onun övladı, 25 yaşlı Nuranə Nurşanovanı avtomobil vurub.
Avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb.
Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdiriliblər.