Bakıda avtomobil qarət olunub. Bu haqda 11 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə pul və yaddaş kartı oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş A.Qədirov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.