Nərimanov rayonunda "Toyota Prius" markalı avtomobilin iştirakı ilə qəza baş verib. Bu haqda 12 sentyabr tarixində Avtosfer.az məlumat verib.
Akademik Həsən Əliyev küçəsində yolayrıcına girən "Hyundai" markalı avtomobili "Toyota Prius" markalı maşın vurub. Daha sonra "Hyundai"-ın sürücüsü idarəetməni itirərək “Opel”-ə çarpılıb. Üçüncü avtomobil isə kamera dirəyinə dəyərək onu aşırıb.
Qəza nəticəsində hər üç avtomobilə ciddi maddi ziyan dəyib.