Bakıda ölümlə nəticələnən daha bir yol qəzası baş verib. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 25 avqust tarixində xəbər verir.
Paytaxtın Nəsimi rayonu, H. Seyidzadə küçəsində şəhər sakini, 37 yaşlı Zaur İbrahimovun idarə etdiyi "Toyota" markalı avtomobil hərəkətdə olan zaman piyada, 72 yaşlı Fazil Qasımovu vurub.
Sonuncu xəstəxanaya yerləşdirilib, ancaq onun həyatını xilas etmək mümkün olmayıb.