Bakıda qanunsuz ağac kəsimlərinə görə cinayət işi başlanılıb. Bu haqda 26 avqust tarixində Report məlumat verib.
“Şərq İnşaat” MTK Nəsimi rayonunda icarəyə götürdüyü ərazidə meşə fonduna daxil olmayan ağacları və kolları qanunsuz kəsib.
Faktla bağlı Cinayət Məcəlləsinin “Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma”, “Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma”, “Qanunsuz ağac kəsmə” maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.