Bakıda narkotacir saxlanılıb. Bu haqda 31 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakini G.Əhmədova saxlanılıb. Onun yaşadığı hoteldəki otaqda 104 qram marixuana, 10 qramdan artıq heroin, 103 qram metamfetamin, 15 qramdan artıq preqabalin, metadon, 11 qram həşiş və 1 ədəd elektron tərəzi aşkar olunub.
Faktla bağlı araşdırma davam edir.