Paytaxtın Xəzər rayonunda 2 nəfər batmaqdan xilas olunub. Bu haqda bu gün, 20 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Həmin şəxslər Buzovna sularının nəzarətsiz hissəsində çimən zaman batma təhlükəsi ilə üzləşiblər.
Hadisə yerinə cəlb olunan FHN əməkdaşları onları xilas ediblər.