Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 17 avqust tarixində xəbər verir.
Paytaxtın Neftçilər prospektində, “JW Marriott Absheron” hotelinin qarşısında "Skoda" markalı, 99-PK-867 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yüksək sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb.
Nəticədə avtomobilin sürücüsü xəsarət alıb, nəqliyyat vasitəsinə ziyan dəyib.