Bakının Cəlil Məmmədquluzadə (”Papanin”), Şimal şitilliyi (“Xutor”), Namiq Məlikov küçələrində narkotik satmaqda şübhəli bilinən 15 nəfər saxlanılıb. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
12 nəfər Nərimanov Rayon Polis İdarəsinin (RPİ), 3 nəfər isə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən istintaqa təhvil verilib. Faktlarla bağlı araşdırmalar aparılır.