Bakıda evlərdən oğurluq edən şəxslər barəsində paytaxt polisi tədbir görüb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Paytaxtın Binəqədi rayonunda bir sexdən 1000 manat dəyərində qaynaq aparatı, cilalama aparatı, 3 evdən su və işıq sayğacları, 1 evdən kombi və rayon telefon qovşağına məxsus dirəkdən 70 metr rabitə kabeli oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Kəlbiyev saxlanılıb.
Suraxanı rayonunda isə müxtəlif vaxtlarda rayon ərazisindəki 3 evdən pul, qızıl-zinət əşyaları, planşet və geyim oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev polis tərəfindən tutulub.
Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.