Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə 24 avqust saat 18:00 radələrində qeydə alınıb. Qobustan qəsəbəsinin sakini N.Güləliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Osman Xəlilovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Fakt Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırılır.