Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində qadını qatar vurub. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
62 yaşlı Məhbubə Nəbiyeva dəmiryol xəttindən keçən zaman onu yük qatarı vurub. Qadın koma vəziyyətində xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.