Sabunçu rayonu, Ramana qəsəbəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 29 avqust tarixində xəbər verir.
Saxlanılanlardan bir neçəsinin əvvəllər məhkum olunmuş şəxslər olduğu məlum olub.
Onların üzərində, yaşadıqları evlərdə külli miqdarda müxtəlif növ narkotik maddə aşkar edilib.
Ötən gün Maştağa qəsəbəsində həyata keçirilən əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum edilmiş Rasim Əliyev də tutulub.
Onun həyətinə baxış zamanı aqrotexniki qaydada qulluq edərək satmaq məqsədilə yetişdirdiyi, ümumi çəkisi 3 kiloqram olan 16 ədəd çətənə kolu və 311 qram qurudulmuş marixuana aşkar edilib.
Saxlanılan şəxslər barəsində cinayət işi açılıb.
Araşdırmalar davam edir.
[caption id="attachment_66511" align="alignnone" width="800"]
Foto DİN-in rəsmi Youtube kanalı[/caption]