Bakıda evdən oğurluq edən şəxs saxlanılıb. Bu haqda 29 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Səbail rayonunda bir evdən 1500 manat dəyərində mobil telefon oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.