Bakıda oğru saxlanılıb. Bu haqda 31 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Səbail rayonunda parkların birində bir vətəndaşa məxsus içərisində 1838 manat olan pulqabı oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini C.Mirzəyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.