Bakıda vətəndaşdan silah-sursat aşkar olunaraq götürülüb. Bu haqda 31 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Səbail rayonunda polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini N.Nağıyev saxlanılıb. Axtarış zamanı onda nömrəsi silinmiş “AKM” markalı avtomat silahı, 1 ədəd patron darağı və 30 ədəd patron aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.