Paytaxtda evdən televizor oğurlayan şəxs saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 30 avqust tarixində xəbər verir.
Səbail rayonu ərazisindəki evlərin birindən 1200 manat dəyərində televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əmirov saxlanılıb.
İstintaq tədbirləri davam edir.