Paytaxtın Sabunçu rayonunda tövlə yanıb. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 70 kv.m olan tikilinin damı və içərisində olan 6 ton ot bağlaması tamamilə kül olub. Tövlənin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
6 ton ot bağlaması yanıb
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.