Paytaxtın Sabunçu rayonunda zor tətbiq edərək soyğunçuluq edən 3 nəfər tutulub. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri İ.Əliyev, K.Nəsirov və əvvəllər məhkum olunmuş C.Nəhmədov vətəndaşa zor tətbiq edərək mobil telefonu və qol saatını oğurlamaqda şübhəli bilinirlər.
Onlar barəsində araşdırmalar davam edir.