top
Sabunçuda ailəsinə əzab verən ata oğul tərəfindən öldürülüb
12 sentyabr 2022, 07:10
- ↺ +

Sabunçuda ailəsinə əzab verən ata oğul tərəfindən öldürülüb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda gənc oğlan ona uşaqlıqdan əzab verən atasını öldürüb. Bu haqda 12 sentyabr tarixində Oxu.az məlumat verib.

Bakıda atasını qətlə yetirməkdə təqsirli bilinən Cahangir Şükürlünün cinayət işi üzrə məhkəməsi olub. O, CM-in “Xüsusi amansızlıqla qəsdən adam öldürmə” və “Köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə” maddələri ilə 14 il müddətinə azadlıqdan məhrum olunub.

Belə ki, 2021-ci il fevralın 13-də Balaxanı qəsəbəsində evin həyətində üzərində zorakılıq əlamətləri olan 51 yaşlı Cavanşir Şükürovun meyiti aşkarlanıb. Polisin apardığı araşdırma zamanı məlum olub ki, 22 yaşlı Cahangir Şükürlü münaqişə zəminində atasını bıçaqlayaraq öldürüb.

Məhkəmə zamanı Cahangir bildirib ki, uşaqlıq illərindən etibarən atası mütəmadi olaraq spirtli içki qəbul edib, ailə üzvlərini incidib, anasını döyüb:

“Atamın əxlaqsız hərəkətləri yadıma düşdüyü üçün ona nifrət edirdim. Son dəfə atam içkili vəziyyətdə evdə qardaşımla mübahisə edib, daha sonra ailəmizin digər üzvlərini evdən qovmaq məqsədilə polisə zəng vurub. Artıq qərara gəldim ki, atama layiqincə cavab verəcəm. Mağazadan mətbəx bıçağı alaraq, onu evlərimizin yanında, dalandakı borunun içərisində gizlətdim”.

Cahangir fevral ayının 13-də borudan bıçağı götürərək evə gəlib və darvazanın yanında atasını görərək, bıçaqla onun boynuna ilk zərbəni vurub. Daha sonra ardıcıl olaraq başına, boynuna və bədəninin digər nahiyələrinə xəsarətlər yetirib.Təxminən 5-6 zərbədən sonra Cahangir atasının öldüyünü görüb və hadisə yerindən uzaqlaşıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Mehman Şükürov ifadəsində göstərib ki, qardaşı Cavanşir spirtli içki aludəçisi olub. O, qardaşı oğlunu bağışladığını bildirərək ona mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edib.

Son xəbərlər

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

İdman
Bu gün, 12:16

"Neftçi" rekorda imza atdı

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Oxşar xəbərlər