Qaradağ rayonunda avtomobil aşıb, ölən və yaralanan var. Bu haqda 29 avqust tarixində Report məlumat verib.
Avqustun 28-də Bakı-Qazax-Gürcüstan yolunun rayonun Sahil qəsəbəsi ərazisindən keçən hissəsində Alqış Əmənovun idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişin, sürücünün anası, 61 yaşlı Mələk Vəliyeva ölüb, digər sərnişin, 64 yaşlı Mərifət Süleymanova (xalası) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi açılıb.