“Sovetski” və Qədirli küçələrində narkotik satışı ilə məşğul olan 8 nəfər saxlanılıb. Bu haqda 31 avqust tarixində Report məlumat verib.
Nəriman Nərimanov prospekti (“Sovetski”) və Qədirli küçəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər tutulub. Onların üzərində külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin və elektron tərəzilər aşkar edilib.
Saxlanılan şəxslər narotik aludəçisi olduqlarını və narkotik vasitələrin satışını həyata keçirdiklərini etiraf ediblər.
Faktlarla bağlı araşdırma davam edir.
[caption id="attachment_67289" align="alignnone" width="800"]
Foto Report.az saytı[/caption]