Paytaxtın Suraxanı rayonunda qayınatasını qətlə yetirən şəxsin məhkəməsi başlayır. Bu haqda bu gün, 20 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
18 may 2021-ci il tarixində 35 yaşlı Taleh Heydərov aralarında yaranmış mübahisə zamanı qayınatası, 44 yaşlı Qabil Qənbərovu bıçaqlayaraq öldürmüş və hadisə yerindən qaçmışdır.
Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.