Paytaxtın Suraxanı rayonu, Zığ şosesində “BMW” və “Chevrolet” markalı avtomobillər toqquşub. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Qəza nəticəsində 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-in əməkdaşları 1 nəfəri sağ, digərinin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırmalar davam edir.