Bakının Xəzər rayonunda yanğın baş verib. Bu haqda bu gün, 27 avqust tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Ümumi sahəsi 600 kv.m olan bir dam altında tikilən obyektdə dam örtüyünün yanar konstruksiyaları 27 kv.m sahədə və yaxınlıqda 5 ədəd şam ağacı yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub, yanğın söndürülüb. Xəsarət alan olmayıb.