Paytaxtın Qaradağ rayonu, Xocəsən qəsəbəsində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Qəbələ rayon sakini, 28 yaşlı Anar Səlimovun sürücüsü olduğu “Nissan” markalı avtomobil dönmə manevri edən zaman 61 yaşlı Muradalı Manafovun idarə etdiyi “Zaporojets” markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən M.Manafov orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.