“Xutor”da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən bu gün, 26 avqust tarixində xəbər verir.
Nərimanov rayonunun Şimal şitilliyi (“Xutor”) adlanan ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 13 nəfər müəyyən olunaraq saxlanılıb.
Həmin şəxslərin 10-u barəsində cinayət işi başlanılıb.
Digər 3 şəxs isə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub.
Aşkar olunan hər bir faktla bağlı araşdırmalar davam etdirilir.