Paytaxtın Yasamal rayonunda yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 119 kv.m olan mənzil 1 kv.m sahədə alışıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.