Bakının Yasamal rayonunda restoranın DJ-i bıçaqlanıb. Bu haqda 1 sentyabr tarixində APA məlumat verib.
Müzəffər Həsənov küçəsində yerləşən iaşə obyektində DJ kimi fəaliyyət göstərən Elşən Babayevlə müştəri arasında dava baş verib. Dava zamanı Babayev bıçaqlanıb.
Yaralı Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.