Bakıda bir qrup şəxs intihara cəhd edib. Bu haqda 12 sentyabr tarixində Bakuplus.az Bakutv-yə istinadən məlumat verir.
Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 2 ünvanında olan çoxmərtəbəli yarımtikililərdə ev almış şəxslər tikinti işinin tamamlanmasının 10 ildən çoxdur ki, yubanması səbəbindən intihar etmək istəyiblər.
Əraziyə gələn aidiyyəti qurumlar onları fikirlərindən vaz keçirsələr də, sözügedən şəxslər məsələnin həll olunmayacağı təqdirdə yenidən bu hərəkəti edəcəklərini deyiblər.